AZ

Hərə bir telefonu götürüb müəllimi çəkir

"Hərə bir telefonu götürüb müəllimi çəkir. Müəllim bizə elm öyrədəndir. Valideynlər müəllim övladlarına bir kəlimə deyən kimi üstünə gedir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib: " Proses müəllimin işdən çıxarılmasına qədər gedir. Bu bizim təhsilimizə zərərdir. İndi müəllimdir də, nəsə sözü düzgün formada deməyə bilər. Elm və təhsil komitəsindən bu məsələyə baxmasını xahiş edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
3
olaylar.az

5Mənbələr