AZ

Pezeşkian: ABŞ və Avropa liderlərinin iddiaları tamamilə yalandır

\"İranın Haniyənin öldürülməsinə cavab verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa liderlərinin iddiaları tamamilə yalandır\".

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian dünən keçirilən Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

Pezeşkian İsrailin bölgədəki təcavüzü və onun qərbli havadarlarına səslənərək deyib:
 
\"Sionist rejimin cinayətləri qəbuledilməzdir və cavabsız qalmayacaq\".

İran prezidentinin açıqlamaları ölkədə mübahisələrə səbəb olarkən, gecə saatlarında İran Ali Milli Təhlükəsizlik Şurasının binası qarşısına toplaşan bir qrup hakimiyyətdən bu bəyanatlara cavab tələb edib.
 
Qeyd edək ki, iyulun 31-də HƏMAS lideri İsmayıl Haniyənin paytaxt Tehranda öldürülməsindən sonra İran İsraildən qisas almağa qərar vermişdi.

Mikayıl
Seçilən
0
1
azxeber.com

2Mənbələr