AZ

“Azərsun Holdinq”də yeni təyinat

“Azərsun Holdinq”in İnsan Resursları Departamentinə rəhbər təyin edilib.

Kommersant.az-ın məlumatına görə, yeni təyin edilən departament rəhbəri Fərid Tağıyevdir.

Fərid Tağıyev 2020-ci ilin yanvarından 2024-cü ilin avqust ayına kimi “Azərsun Holdinq”də İşə Qəbul və Adaptasiya Departamenti müdiri idi.

O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati İdarəetmə (2005-2009) üzrə bakalavr dərəcəsinə, Azərbaycan Dövlət İqtisad Universitetində İnsan Resurslarının İdarəedilməsi (2010-2012) üzrə magistr dərəcəsinə yiyələnib.

Seçilən
0
3
kommersant.az

4Mənbələr