Nərimanov rayonunun Mirzə Uluqbəy küçəsidə yolun ortasındakı yaşıllıq hissə asfaltlandıqdan sonra bəzi ağacların qurumağa başladığı deyilir. Avtosfer.az xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər məlumat verib. Bildirilir ki, yol 3 il əvvəl təmir olunub. Əvvəlki fotolarda ağacların yaşıl olduğu görünür.
Qeyd edək ki, Nərimanov rayonu son illər Bakıda ağacların kütləvi quruduğu 3 rayondan biridir. Rəsmi məlumatlarda qurumaya əsasən xəstəlik və zərərvericilərin səbəb olduğu bildirilir.
Fərid
FOTO QALEREYA