AZ

Azərbaycanda su təchizatı tenderlərini kimlər udur? – SİYAHI, MƏBLƏĞLƏR

2024-cü il ərzində su təchizatı sahəsində keçirilmiş tenderlər geniş miqyaslı infrastruktur layihələri və xidmət müqavilələri ilə diqqət çəkir. Dövlət və bələdiyyə qurumlarının keçirdiyi bu tenderlər, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını göstərir.

FED.az xəbər verir ki, ümumilikdə, 2024-cü il üzrə su təchizatı tenderlərinin ümumi dəyəri nə az, nə çox 33 111 665 AZN təşkil edib.

Ən çox SAYDA tender udan şirkət 9 tender udaraq "Azərsu" ASC olub. Şirkət müxtəlif dövlət və bələdiyyə qurumlarının su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə bir çox müqavilələr imzalayıb. "Azərsu" ASC-nin udduğu tenderlərin ümumi dəyəri 446 280 AZN təşkil edir. Müxtəlif icra hakimiyyəti və mərkəzi xəstəxanalarla bağlanmış müqavilələr bu şirkəti su təchizatı sahəsində əsas oyunçuya çevirir.

Maksimum dəyərdə tender isə "Minera" MMC tərəfindən qazanılıb. Bu şirkət Laçın rayonunun Bəylik yaşayış məntəqəsində su təchizatı və kanalizasiya sistemləri ilə bağlı 11 359 019 AZN dəyərində böyük bir müqavilə imzalayıb. Bu müqavilə su təchizatı sahəsində ən böyük layihədir.

Bundan başqa, milyon manatlıq müqavilələr də diqqət çəkir. Məsələn:

"AZ Graft Construction" MMC Laçın rayonunun Zabux, Sus, Bəylik və Güləbird kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması ilə bağlı 7 123 232 AZN-lik müqavilə bağlayıb.

"RR İnvestment" MMC isə Ağdam rayonunun Kəngərli və Xıdırlı kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması üzrə 6 126 261 AZN-lik tenderin qalibi seçilib.

"Azərsutəchizattikinti" ASC Cəbrayıl rayonunun Şükürbəyli kəndində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə 2 560 615 AZN-lik tender udub.

"Maybo" MMC Ceyranbatan Su Təchizatı İdarəsinin ultrasüzgəcli sutəmizləyici qurğuları ilə bağlı 1 656 000 AZN dəyərində tenderi udub.

"Rəmzi" MMC Ağdam rayonunun Sarıcalı kəndinin su təchizatı və kanalizasiya sisteminin yaradılması üçün 1 609 440 AZN-lik tenderi qazanıb.

Bu layihələr su təchizatı sahəsində böyük infrastruktur işlərinin həyata keçirildiyini göstərir və dövlət tərəfindən suvarma və kanalizasiya sistemlərinin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayır.

Daha detallı aşağıdakı cədvəldə :

Satınalan təşkilat

Qalib

Satınalma predmeti

Məbləğ

Tarix

1

Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Atbulaq Kənd İnzibati Ərazi Vahidi Üzrə Nümayəndəliyi

Azərsu ASC

Azərsu ASC ilə Atbulaq kənd İƏD arasında su təchizatı əlaqədar müqavilə

 

120 AZN

24.06.2024

2

Haciqabul Rayon İcra Hakimiyyəti Başçısının Qızılburun Kənd İnzibati Dairəsi

Azərsu ASC

Azərsu ASC ilə Hacıqabul rayon İcra hakimiyyəti ilə su təchizatı və tullantı suların axıdılması xidməti

 

120 AZN

24.06.2024

3

"Lənkəran Rayon Mərkəzi Xəstəxanasi" PHŞ

Azərsu ASC

Su təchizatı və tullantı sularının axıdılması xidmətləri

 

120 000 AZN

 

02.05.2024

4

Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Rəncbər Kənd İnzibati Ərazi Vahidi Üzrə Nümayəndəliyi

Azərsu ASC

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə

 

120 000 AZN

 

02.05.2024

5

Hacıqabul Rayon İcra Hakimiyyəti

Azərsu ASC

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə

 

1 860 AZN

 

02.05.2024

6

Hacıqabul Rayon Statistika İdarəsi

Azərsu ASC

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə.

 

300 AZN

 

22.04.2024

7

Şirvan Şəhər İcra Hakimiyyəti

Azərsu ASC

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxlərlə bağlanan müqavilə

 

14 600 AZN

 

15.04.2024

8

"Şirvan Şəhər Mərkəzi Xəstəxanası" PHŞ

Azərsu ASC

Su təchizatı və tullantı sularının axıdılması

 

188 000 AZN

26.03.2024

9

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi

Azərsu ASC

Su təchizatı və tullantı sualrının axıdılması

 

1 280 AZN

 

27.02.2024

Cəmi : 446 280 AZN

 

1

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

"Minera" MMC

Laçın rayonunun Bəylik yaşayış məntəqəsinin sahədaxili elektrik, su təchizatı, kanalizasiya, suvarma və parkın suvarma sistemi, qaz təchizatı, yol-küçə, abadlıq və yaşıllaşdırma işləri

 

11 359 019 AZN

 

09.08.2024

2

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ

"AZ Graft Construction" MMC

“Laçın rayonunun Zabux, Sus, Bəylik və Güləbird kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması

 

7 123 232 AZN

 

25.09.2024

3

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ

"RR İnvestment" MMC

“Ağdam rayonunun Kəngərli və Xıdırlı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması

 

6 126 261 AZN

 

25.09.2024

4

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

Azərsutəchizattikinti ASC

Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi

 

 

 

2 560 615 AZN

 

11.07.2024

5

"Azərsu" ASC

"Maybo" MMC

"Azərsu" ASC-nin Ceyranbatan Su Təchizatı İdarəsinin Ultrasüzgəcli sutəmizləyici qurğuları və digər struktur vahidlərinin avtomatika və SCADA sahələri üçün lazim olan mal-material, avadanlıq, lisenziya və ehtiyat hissələrinin satın alınması

 

1 656 000 AZN

 

13.06.2024

6

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ

"Rəmzi" MMC

Ağdam rayonunun Sarıcalı kəninin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması

 

1 609 440 AZN

 

25.09.2024

7

"Dayaniqli və Operativ Sosial Təminat Agentliyi" PHŞ

"TNN" QSC

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Sumqayıt DOST Mərkəzinin xarici su təchizatı və kanalizasiyası üzrə tikinti işlərin satın alınması

 

870 042 AZN

 

14.08.2024

8

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

“Rabitəinşaat” ASC

Laçın rayonunun Sus yaşayış məntəqəsində su təchizatı, kanalizasiya, suvarma və parkın suvarma sistemi

 

619 698 AZN

 

12.06.2024

9

Dövlət Turizm Agentliyi

"Promor" MMC

Abşeron rayonu ərazisində yerləşən Palçıq Vulkanlarının ətrafında müasir turizm infrastrukturunun xarici su təchizatı işlərinin satın alınması

 

429 671 AZN

 

07.03.2024

10

Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı ASC

"Hinal Proje" MMC

Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalmış işlərin layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması

 

193 284 AZN

 

24.06.2024

11

"DOST Agentliyi" PHŞ

"Rems" MMC

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən İsmayıllı “DOST EVİ” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin su təchizatı ilə təmin olunmasının satın alınması


55 295 AZN

 

20.08.2024

12

"DOST Agentliyi" PHŞ

"Topxana Layihə İnşaat" MMC

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Gəncə DOST və Protez-Ortopedik və Bərpa Mərkəzinin xarici su təchizatı və kanalizasiyası üzrə tikinti işlərin satın alınması.

 

37 988 AZN

 

17.09.2024

13

"Azərsu" ASC

“Real Təhlil İnformasiya Mərkəzi” MMC

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti, içməli və tullantı su təchizatı sistemlərinin yaradılması və yenidən qurulması layihələri, göstərilən müştəri xidmətləri ilə reportajların və süjetlərin hazırlanması, onların Real TV-də yayımlanması xidmətin satın alınması

 

21 240 AZN

 

03.06.2024

14

"Ucar Rayon Mərkəzi Xəstəxanası" PHŞ

Azərbaycan Melorasiya Su Təsərüffatı Ucar Suvarma Sisitemləri İdarəsi

Ucar RMX tabeliyində olan kənd həkim və tibb məntəqələrinin su təchizatı

 

3 000 AZN

 

23.07.2024

15

Qazax Rayon Statistika İdarəsi

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin bir mənbədən satın alınması

 

600 AZN

11.09.2024

Cəmi : 32 665 385 AZN

YEKUN : 33 111 665 AZN

 

Seçilən
10
3
fed.az

4Mənbələr