AZ

100 km-ə 3,8 litr, birdəfəyə gediş 1400 km – qiyməti $16 000!

100 km-ə 3,8 litr, birdəfəyə gediş 1400 km – qiyməti $16 000!

Çinin avtomobil nəhəngi olan BYD şirkəti BYD bazara növbəti avtomobilini buraxıb. FED.az xəbər verir ki, bir qədər əvvəl böyük gediş məsafəsi olan avtomobillərin «yeni dövrünün» başlandığını elan edən şirkət vədini yerinə yetirməyə başlayıb.

BYD-nin yeni «Song Pro DM-i» və «BYD Sealion 05 DM-i» modelləri 15 980- 20 230 dollar arasında dəyişir.

«Song Pro DM-i»nin ölçüləri 4735 x 1860 x 1710 mm, təkər bazası isə 2712 mm təşkil edir. Maşında ənənəvi imkanlarla yanaşı, oturacaqların elektriklə hərəkətə gətirilməsi ( sürücü üçün 8 istiqamət, sərnişin üçün 4 istiqamət) və sahəsi 1,2 kvadrametr olan panoramalı lük nəzərdə tutulub.

Bu maşınlar smartfonların naqilsiz enerji yığması, səslə idarəetmə, hava təmizləyicisi ilə yanaşı, 31 rəngli ətraf işıqlandırması da əldə edib.

Maşının hərəkət imkanları artırılıb və akkumulyatorun yaxşılaşması hesabına hibrid avtomobil tam yanacaq çəni ilə 1400 km yol gedə bilir, bu zaman 100 km-ə istifadə olunan yvanacaq 3,8 litr təşkil edir.

100100100100
Seçilən
18
fed.az

1Mənbələr