AZ

"Qarabağ" qalib gəlib - Baş məşqçilərdən açıqlamalar (VİDEO, Yenilənib)

Misli Premyer liqasının 8-ci turu çərçivəsində bu gün "Qarabağ" Futbol Klubu (FK) öz meydanında "Sabah" FK-nı qəbul edib.

Mia.az xəbər verir ki, görüşün ilk hissəsində qonaqlara 3 top vurulub. Qolların müəllifi Nəriman Axundzadə, Toral Bayramov və kapitan Kevin Medina olub.

Oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç bildirib ki, əgər birinci hissənin ilk 10 dəqiqəsində buraxılan qollar olmasaydı, oyuncular psixoloji gərginlik keçirməzdi: "Sonradan vurulan 2 qol da gərgin vəziyyəti yumşalda bilməyib".

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə deyib ki, komandanın oyununu bəyənib və hər iki tərəf dinamik oyun nümayiş etdirib.

Qarşıda "Malmö" ilə oyuna ciddi hazırlıq getdiyini qeyd edən baş məşqçinin sözlərinə görə, oyunçuların motivasiyası yüksəkdi. Sonuncu səfər oyunundakı uğursuzluğa toxunan Qurbanov deyir ki, konkret olaraq "Tottenham"la görüş çox fərqli olub: "Çünki onlarda hər şey çox yaxşıdı, bizdən çox yaxşıdı. Həm məşq şəraiti, meydança, bir sözlə, yüksək keyfiyyət gördük hər baxımdan. Həm də onlar yerli hava şəraitinə görə dözümlü oyun keçirməyə vərdiş etmiş adamlardı. Yəni, istənilən hava şəraitində dinamikanı qoruyub saxlayırlar".

Zülfiyyə Mustafayeva

MİA.AZ

Seçilən
26
mia.az

1Mənbələr