AZ

Ançelotti futbolçularına qadağa qoydu

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti bu gün La Liqanın 8-ci turunda keçiriləcək "Atletiko"ya qarşı keçiriləcək derbidə futbolçularla hakim arasında mübahisələrə qadağa qoyub.

90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı İspaniya çempionatının 7-ci turunun “Alaves”ə qarşı oyununda (3:2) futbolçularının davranışından narazı qalıb, burada “Real”ın futbolçuları tez-tez hakimin qərarlarından etirazçı olub. Ançelotti hesab edir ki, hakimlə lazımsız mübahisələrə görə komanda oyunun gedişatına nəzarəti itirib.

Baş məşqçi braziliyalı cinah oyunçusu Vinisius Juniora xüsusi diqqət yetirərək, hakimlə münaqişələrə deyil, futbola diqqət yetirməyin vacibliyini vurğulayıb.

Seçilən
32
90deqiqe.az

1Mənbələr