AZ

Lavrov: "Rusiyanın razılığı olmadan Türkiyə..."

"Silah satışı müqaviləsinin bir hissəsi olan son istifadə sertifikatının olması Türkiyəyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Moskvanın razılığı olmadan başqa ölkələrə satmaq hüququ vermir".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 79-cu sessiyasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Silahların alqı-satqısı müqavilələrində son istifadə sertifikatı haqqında qrafa var. Belə bir sertifikatla təchiz edilən məhsullar üçün bu silahı alan ölkə son istifadəçi kimi göstərilib. Başqa bir şey etmək üçün bu silahları satan ölkənin razılığı lazımdır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Seçilən
0
3
turkustan.az

10Mənbələr