AZ

Vüqar Həşimov Memorialının qalibi bəlli olub

Şuşada təşkil edilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibinin adına aydınlıq gəlib.

8 qrossmeysterin mübarizə apardığı turnirdə ilk pillənin sahibi blits yarışlarının yekunundan sonra müəyyənləşib.

14 turun nəticələrinə əsasən rusiyalı Yan Nepomnyaşi 19 xalla turniri qalib kimi başa vurub.

Özbəkistanlı Nodirbek Abdusattorov 18 xalla ikinci yerdə qərarlaşıb. 16 xal toplayan Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov isə üçüncü yerlə kifayətlənib.

Xatirə turnirində Azərbaycanın üç şahmatçısı - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı ilə yanaşı, Nodirbek Abdussatorov (Özbəkistan), Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) iştirak edib.

Seçilən
1
15
cbcsport.az

10Mənbələr