AZ

Göygöldə dəhşət: 2 yaşlı uşaq vəhşicəsinə döyüldü - FOTO

Göygöl şəhərində 2 yaşlı uşaq şiddətə məruz qalıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Bakupost.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, Göygöl şəhərində müvəqqəti yaşayan, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Kərimova Kəmalə Azər qızı polisə müraciət edərək, azyaşlı övladı, 2022-ci il təvəllüdlü Kərimov Turqut Ehtiram oğlunu qeyri-rəsmi yaşadığı, Ağcabədi şəhər sakini, 1998-ci il təvəllüdlü Qasımov Şirin İlqar oğlu spirtli içki təsiri altında döyərək xəsarət yetirdiyini deyib:

"Azyaşlıya Göygöl Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib. O, Gəncə şəhər uşaq cərrahiyə şöbəsinə göndərilib. Hadisəni törədən şəxs həsb olunub".

Faktla bağlı Göygöl Rayon Polis şöbəsində cinayət işi başlanılıb.



Xəbər 3 dəfə oxunub.
Seçilən
2
3
xezernews.az

10Mənbələr