AZ

"Qara Qarayev komandamda olsa, çox sevinərəm" - Samir Abasov

style='margin-bottom:10px;'>

"Bir az məyusuq. O da itirdiyimiz xallara görədir. Ardıcıl məğlubiyyətdən sonra səfərdə qələbə qazana bilərdik. Bu da yenidən ayağa qalxmaq üçün stimul olardı. Referiden də xoşum gəlmədi. Onun qərarları da bizi xallardan etdi. Yanılmıram. Dəfələrlə epizodlara baxdım. Roy Kehatın epizodunda təmiz penalti verilmədi. Son nöqtələrdə keyfiyyət məsələsinə görə xallardan olduq. "Neftçi" kimi komanda ilə görüşdə epizodlar da olur qapında. Biz də epizodlar əldə etdik. Son olaraq, futbolçunun üzərinə düşən rahatçılıq var idi. Orada axsadıq”.

QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 8-ci turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, gələcəkdə daha yaxşı çalışacaqlarına söz verib: “Bu bizim üçün başlanğıcdır. Faciə yox idi. Öz gücümüzə inanırıq. Azarkeşlərimizə təşəkkür edirəm. Xallar itirmişdik, oyunlarda ruhsuz oyunlar idi. Məşqçilərdə və futbolçularda ruhsuz idi. Amma azarkeşlərimiz bizimlə birlikdə oldu. İstəyirdim ki, qalib gələk. Əfsuslar olsun ki, olmadı. Ən yaxşısına çalışacağıq. Söz verirəm".

Mütəxəssis oyundan öncə azarkeşlərlə keçirdiyi görüş haqda danışıb: ”Sırf mənimlə görüşməyə gəlmişdilər. Mənə dəstək olmuşdular. Yazıları görürlər, motivasiyamın düşdüyünü hiss edirlər, bilmirəm. Dedilər ki, şəhər olaraq yanındayıq. Nə olursa-olsun. Bunu hiss etmək hər məşqçiyə lazımdır”.

S. Abasov futbolçusu Rəhim Sadığova böyük inamı olduğunu qeyd edib: “Rezabala çox yaxşı oynadı. Tək o yox, hamısı yaxşı performans göstərdi. Rəhimə də inamım sonsuzdur. Bu periodu da keçəcək. Rəhimin keyfiyyəti, bacarığı var. Onun minusu var, özünə də demişəm, öz ab-havasından çıxmağa çalışmır. Öz oynadığı futbolu üstün sayır. Rəhimi yola da gətirəcəyik, ona inanırıq. Oyuna ehtiyatdan girməsi sırf Rəhim və Rövlan üçün atılan addım idi. Bəzi oyunçuların kənardan matça baxmağa ehtiyacı var”. 

O, oyunçularının matç ərzində yorulmalarını vurğulayıb: “Futbolçuların üzüntələrini görürəm. Bizdə fiziki baxımdan dizbalans var. Hamısı düzələcək. Hər şey yaxşı olacaq. Hamısı optimal vəziyyətə gəlsin. Alan Dias bir ilə yaxındır futbol oynamır”. 

Mütəxəssis komandanın daha motivasiyalı oynamasının səbəblərindən də söz açıb: “Bəziləri ilə ciddi danışdıq. Tresor Mossini əvəzediciyə göndərdik,. Məqsəd ağıllarını yerinə oturtmaq idi. Bizə ən çox motivasiyanı verən azarkeş idi. "Neftçi"yə qarşı oyunda niyə motivasiyalı olmalı deyiləm? Hamımız olmalıyıq”.

S. Abasov "Neftçi" və "Sumqayıt" bu mövsüm istəniləni vermir. Qarşıdakı dövrədə "Neftçi"-"Sumqayıt" görüşü möhtəşəm səviyyədə geri dönəcək?” sualına belə cavab verib: “Epizodlarımız var idi. Ən azından yarı faizinin qola çevirsəydik, rahat danışardım. Böyükhesablı qələbə qazana bilərdik. Amma uduzmaq da mümkün idi. Futbolçuların göstərdiyi ruhu gördüm, bəyəndim. Bizdə bu çatışmırdı. Biz bütün oyunlara köklənməliyik”. 

O, növbəti oyun “Qarabağ”la qarşılaşma haqda da danışıb: “Heç nə gözləməyəcəyik. Uduzmağı da göz qabağına alıb bəzi şeylər etməliyik. Çünki axırı daha pis ola bilər. Əsas olan ruhumuzu qaytarmalıyıq. Bizi bu cür oyuna görə tanıyırlar. Biz çox "klass"la görünən komanda deyilik. Komandamız oyuna çıxanda oynamaq istəmir. İnsanlar bizi bu cür tənqid edirdi. Bu da haqlıdır. Qışa qədər komandanı yerinə oturtmalıyıq”.

Mütəxəssis hər iki komandanın pis günlər yaşadığını vurğulayıb: “İki autsayder oynayırdı. "Neftçi" haqda danışa bilmərəm. İxtiyarımda deyil. Öz oyunumuzu qaytarmaq istəyirik. İki komanda da yaxşı günlərini yaşamır. Bizə uğurlar”.

O, “Neftçi”dən yeni ayrılmış və hazırda klubsuz qalmış Qara Qarayevlə heç bir əlaqə saxlamadıqlarını qeyd edib: “Qara Qarayev hər bir kluba lazımlı futbolçudur. Hər klubun öz siyasəti, işi var. O qərarlara qarışa bilmərik. Qara ilə danışmamışıq. Heç bir əlaqəyə çıxmamışıq. Mənim komandamda olsa, çox sevinərəm”.

Mütəxəssis “Samir Abasovla klub prezidenti arasında narazılıq var?” sualına belə cavab verib: “Xeyr”.

Seçilən
1
9
teleqraf.com

10Mənbələr