AZ

Görüşdə universitetlər arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib

Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universitetinin (CDPU) rektoru, professor Şavkat Şaripov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanı qəbul edib. Görüşdə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova, Ankaradakı “Turan” Akademiyasının Azərbaycandakı təmsilçiləri Fərahilə Şükürova və Niyaməddin Şükurov işttirak ediblər. 

Mahirə Hüseynova və Könül Səmədova bu universitetin 50 illik yubileyi ilə bağlı “Təhsilin inkişafı strategiyası dəyərlərə əsaslanan tərəqqidır” adlı elmi-praktik konfransda iştirak etmək üçün Özbəkistana gəliblər. 

Tədbirdə  son vaxtlar Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin dərinləşməsi qeyd olunub, Azərbaycan Prezidenti İlham Əliyevin bu il avqustun 22-23-də Özbəkistana olan dövlət səfərinin əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verdiyi vurğulanıb. 

Görüşdə universitetlər arasında müəllim və tələbə mübadiləsi, elmi jurnallarda hər iki universitetin alimlərinin məqalələrinin verilməsinə dəstək olunması, alimlərin yazılarına istinadların verilməsi və digər məsələlər müzakirə edilib. 

Sonda CDPU və ADPU , CDPU ilə “Turan” Akademiyası arasında əməkdaşlığa dair Memorandumlar imzalanıb. 

Sonra Mahirə Hüseynova universitetin ibtidai fakultəsinin üçüncü kurs tələbələrinə ustad dərsi keçib, müəllim və tələbələrə kitablarını bağışlayıb, öz şeirlərini oxuyub. 
 
Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Cuzzak 

 

 

 
 
 
 

Seçilən
8
xalqqazeti.az

1Mənbələr