AZ

Mahir Məmmədov: "Turnir artıq böyük tarixə malikdir"

"İnanıram ki, Şuşa daha bir neçə dəfə Vüqar Həşimov Memorialını qəbul edəcək".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.

Məmmədov bağlanış mərasimində yarışda güclü şahmatçılarn iştirak etdiyini bildirib: "Yarış ilk dəfə Şuşa şəhərində keçirildi və bir çox aparıcı qrossmeysteri bir araya gəliblər. Turnirin səviyyəsi ən yüksək səviyyədə idi. Arxada qalan illər ərzində Həşimov Memorialı Azərbaycanın müxtəlif bölgələrində təşkil edilib və bu dəfə Şuşa təşkil olunub. Turnir artıq böyük tarixə malikdir. Yarışda ən güclüləri dəvət edirik və bu ənənə davamlı olacaq".

Qeyd edək ki, rusiyalı Yan Nepomnyaşi X Vüqar Həşimov Memorialında 1-ci yeri tutub.

İdman.biz

Seçilən
12
1
idman.biz

2Mənbələr