AZ

Üç ölkənin Gürcüstanda hərbi təlimi başa çatdı

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb.Bu barədə Mediaxeberleri.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.Hər üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri Vaziani təlim mərkəzində strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları yerinə yetiriblər.İştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Seçilən
1
24
mediaxeberleri.az

10Mənbələr