AZ

Azərbaycanın da iştirak etdiyi “Eternity 2024” komanda-qərargah təlimi başa çatıb - FOTO - VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin Gürcüstanda keçirilən “Eternity 2024” komanda-qərargah təlimi başa çatıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, təlim çərçivəsində hər üç ölkənin hərbçiləri Vaziani atış paliqonunda mühəndis-istehkam, düşmənə hücum, tibbi təxliyə və digər tapşırıqları icra ediblər. Təlimə Gürcüstan Daxili İşlər Nazirliyinin Strateji Kəmərlərin Mühafizəsi Departamentinin bölmələri də cəlb edilib.

Məlumatda Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığı tərəfindən təşkil edilmiş təlimin ssenarisinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin böhran dövründə təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutan sülhməramlı əməliyyatlara, eyni zamanda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi bölmələri arasında qarşılıqlı əməliyyat qabiliyyətinin artırılmasına əsaslandığı qeyd olunub

Təlimin son günündə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay da iştirak edib.

Azərbaycanın Azərbaycanın
Seçilən
27
4
apa.az

5Mənbələr