AZ

Torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşdi

Bakı. Trend:

Azərbaycanda torpaqların kateqoriyalara aid edilməsi və onlarınbir kateqoriyadan digərinə keçirilməsi üçün 17 əsas müəyyənedilib.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaqların kateqoriyalaraaid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsiQaydaları”da öz əksini tapıb.

Həmin əsaslar aşağıdakılardır:

- “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”qanunun 3-cü maddəsinə uyğun olaraq torpağın alınmasına əsas verəndövlət ehtiyacları;

- “Elektrik enerjisi istehsalında bərpa olunan enerjimənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bərpa olunanenerji mənbələrinin ərazisi kimi müəyyən edilən torpaq sahəsində(su obyektində) elektrik stansiyasının tikintisinə vəquraşdırılmasına icazə verilməsi;

- “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsubolan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında”qanuna uyğun olaraq torpaq sahəsində inşa edilmiş bina və qurğularamülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindəqeydiyyata alınması;

- sənaye obyektlərinin, zonalarının (məhəllələrinin vəparklarının) və Torpaq Məcəlləsinin 13-1-ci maddəsi nəzərəalınmaqla kənd təsərrüfatı məhsullarının sənaye üsulu iləistehsalı, emalı və saxlanılması üçün infrastrukturunyaradılması;

- ehtiyat fondu torpaqlarından istifadə zərurətininyaranması;

- müasir texnologiyaların tətbiqi ilə aqroparkların, fermertəsərrüfatlarının və aqraryönlü digər təsərrüfatların yaradılmasıməqsədilə başqa kateqoriyaya aid torpaqlardan əkin dövriyyəsinəəlavə torpaqların cəlb edilməsi;

- qoruyucu meşə zolaqlarının və yaşıllıq zonalarının salınmasıməqsədilə meşə fondu torpaqlarının tərkibinə əlavə torpaqlarınverilməsi;

- meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətliobyektlərin tikintisi, habelə ərzaq təhlükəsizliyinin təminedilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlbedilməsi zərurəti olduqda;

- bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə xüsusimühafizə olunan təbiət ərazilərinin (o cümlədən milli parkların,dövlət təbiət qoruqlarının, yasaqlıqların və s.) tərkibinə əlavətorpaqların verilməsi;

- aerokosmik tədqiqatlar aparılması məqsədilə müvafiqinfrastrukturun yaradılması zərurəti olduqda;

- ekzogen geoloji proseslərin təsirinə məruz qalmış yaşayışməntəqələrinin torpaqlarının əvəzləşdirilməsi;

- yeni yaşayış məhəllələrinin (məntəqələrinin) salınması, şəhər,qəsəbə və kənd yaşayış məntəqələrinin ləğv edilməsi və ya onlarıninzibati ərazisinin dəyişdirilməsi, mövcud yaşayış məntəqələrinininkişaf etdirilməsi (genişləndirilməsi) məqsədilə əraziplanlaşdırılması sənədlərinin (ümumi, baş və müfəssəl planların) vəonlarda dəyişiklik olunmasının təsdiq edilməsi, həmçinin yaşayışməntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmışyaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasınındəyişdirilməsi zərurəti olduqda;

- yaşayış məntəqələrinin hüdudları daxilində özəlləşdirilənmüəssisə və obyektlərin, habelə fiziki və ya dövlətə məxsus olmayanhüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərinyerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədəhəmin müəssisə və obyektlərin mülkiyyətçilərinin, habelə xüsusimülkiyyətdə olan torpaq sahələrindən iqtisadi cəhətdən dahasəmərəli istifadənin təmin edilməsi ilə bağlı mülkiyyətçilərinəsaslandırılmış müraciətlərinin daxil olması;

- tarix-mədəniyyət, təbii qoruq və sağlamlaşdırma yerlərininyaradılması, əhalinin istirahətinin təşkili, turizmin inkişafı,idman və digər sosial obyektlərin tikintisi;

- kənd təsərrüfatı yerlərinin radioaktiv və kimyəvi çirklənməyəməruz qalması, ekzogen geoloji proseslər nəticəsində dövriyyədənçıxarılaraq onlardan istifadə hüququna xitam verilməsi;

- faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar dağ-mədənişlərinin həyata keçirilməsi;

- “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərininistismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında”ölkə Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəliFərmanına uyğun olaraq, 2025-ci il yanvarın 1-dək edilənmüraciətlər əsasında istismarına icazə verilmiş qeyri-yaşayıştəyinatlı tikinti obyektlərinin yerləşdiyi torpaqlarınkateqoriyasının dəyişdirilməsi.

Seçilən
1
5
az.trend.az

6Mənbələr