AZ

Peşəkar və dövrün tələblərinə uyğun zabit kadrlarının hazırlanması prioritetdir - Baş Qərargah rəisi

Bakı. Trend:

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutundabriqada komandirləri, müavinləri, əməliyyat və döyüş hazırlığı şöbə(bölmə) rəisləri ilə toplanış keçirilib.

Trend xəbər verir ki, bubarədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindətoplanışın başa çatması münasibətilə keçirilən buraxılışmərasimində müdafiə nazirinin birinci müavini - AzərbaycanOrdusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev vənazirliyin digər rəhbər heyəti iştirak edib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vətorpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsibir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının DövlətHimni səsləndirilib.

Baş Qərargah rəisi iştirakçıları müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov adından salamlayıb, onlarıtoplanışı müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib,gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

General-polkovnik K.Vəliyev Azərbaycan RespublikasınınPrezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlhamƏliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunda aparılanislahatlardan danışıb, peşəkar və dövrün tələblərinə uyğun zabitkadrlarının hazırlanmasının prioritet məsələlərdən biri olduğunuqeyd edib.

Müdafiə nazirinin birinci müavini çıxışında AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevə çoxməqsədli JF-17C(Block-III) təyyarələrinin təqdimatının və Bakıda keçirilmiş "ADEX"Beynəlxalq Müdafiə Sərgisinin əhəmiyyətini xüsusi qeyd edib.

Sonda toplanışa cəlb olunmuş və müvəffəqiyyətlə bitirmiş heyətəsertifikatlar təqdim edilib.

Seçilən
1
23
az.trend.az

10Mənbələr