AZ

400 klubun yer aldığı top-komandaların siyahısında "Qarabağ" neçəncidir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qitənin 400 klubunun yer aldığı Avropanın top-komandalarının reytinq siyahısı açıqlanıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanın dörd komandası ən yaxşılar arasına daxil edilib.
278 xala malik "Qarabağ" 63-cü pillədə qərarlaşıb.
Qurban Qurbanovun çalışdırıcısı olduğu "Qarabağ" klubu Avropa Liqasında "Tottenhem"ə 0:3 hesabı ilə uduzsa da, mövqeyini qoruyub. Komandanın xal hesabı da dəyişməyib.
Üç pillə geriləyən "Neftçi" 19 xalla 253-cü sıradadır. 15 xalı olan "Sabah" 270-cidir. Paytaxt təmsilçisi yeddi pillə irəliləyib.
Bir xal geri qalan "Zirə" 281-ci pillədə yer alıb. Qəsəbə klubu iki addım geriləyib.
"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki ikinci rəqibi "Malmö" 170 xalla 83-cüdür. Ağdam klubu isveçliləri 20 addım qabaqlayır. Ötən turdakı rəqib "Tottenhem" 23-cü sırada qalıb - 701 xal.
Qeyd edək ki, siyahıya 2 395 xala malik "Real Madrid" başçılıq edir.
Seçilən
10
oxu.az

1Mənbələr