AZ

Prezident İlham Əliyev: Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir

Bakı. Trend:

Dostluq və qarşılıqlı hörmət üzərində qurulmuş, gündən-günə yeniməzmunla zənginləşən Azərbaycan-Çin dövlətlərarası əlaqələrininbugünkü səviyyəsi bizi sevindirir.

Trend xəbərverir ki, bu fikirlər Prezident İlham Əliyevin Çin XalqRespublikasının yaranmasının 75-ci ildönümü münasibətilə Sədr SiCinpinə təbrik məktubunda yer alıb.

İyulda Astanada Si Cinpinlə səmimiyyət və qarşılıqlı etimadşəraitində keçən görüşünü, ikitərəfli münasibətlərin geniş spektrivə əməkdaşlığımızın perspektivləri ətrafında aparılan fikirmübadiləsini yüksək qiymətləndirən dövlətimizin başçısı vurğulayıb:“Hesab edirəm ki, görüş əsnasında qəbul olunmuş “AzərbaycanRespublikası ilə Çin Xalq Respublikası arasında stratejitərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” mühüm tarixiaddım, əməkdaşlığımızı daha da genişləndirmək və möhkəmləndirməkistiqamətində qarşılıqlı əzmimizin bariz təzahürüdür.

Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi və fəal dialoq,iqtisadiyyat, ticarət nəqliyyat-logistika, telekommunikasiya,humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızınəhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yaradır. “Kəmərvə yol” və “Orta dəhliz” layihələri çərçivəsində səmərəliişbirliyimizi xüsusi qeyd etmək istərdim.

Eyni zamanda, biz Çinlə iqlim dəyişmələri ilə mübarizədə, ocümlədən “yaşıl” enerji, yaşıl və aşağı karbonlu texnologiyalarsahələrində birgə fəaliyyətimizi daha da dərinləşdirmək, ölkənizinqabaqcıl təcrübəyə malik şirkətləri ilə daha sıx əməkdaşlıq etməkəzmindəyik. İnanıram ki, noyabr ayında Azərbaycanın ev sahibliyiedəcəyi COP29-da Çinin fəal iştirakı qlobal iqlim fəaliyyətigündəliyinin irəli aparılmasına və gələcək nəsillərə daha təmiz vədayanıqlı dünyanı miras qoymaq məqsədinə çatmağımıza töhfəverəcək”.

Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında ənənəvidostluq münasibətlərinin, həm ikitərəfli qaydada, həm də çoxtərəfliəsasda qarşılıqlı faydalı əməkdaşlığın dost xalqlarımızınmənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da inkişafedəcəyinə, strateji tərəfdaşlığımızın daha da dərinləşəcəyinəəminliyini bildirib.

Seçilən
7
49
az.trend.az

10Mənbələr