AZ

Sülh sazişinə getmək üçün kompleks tədbirlər var - ÖZƏL

"Nikol Paşinyanın BMT Baş Assambleyasındakı çıxışı pozitiv dəyərləndirilməlidir".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Şəxsən mən özüm çıxışa baxdım, 14 dəqiqəlik çıxışdır və kifayət qədər yumşaq və deyərdim ki, hətta, yəni özlərinin düşdükləri çətin vəziyyəti anlayan bir tərzdə çıxış elədi. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycanın irəli sürəcəyi şərtləri gələcəkdə də qəbul etməyə hazırdırlar. Sadəcə olaraq indiki şəraitdə sülh sazişinin razılaşdırılmış maddələr üzrə imzalanmasını təklif edirlər. Hətta Paşinyan orada Ermənistan konstitusiyasının dəyişdiriləcəyi ilə bağlı açıq danışdı. Yəni öz çıxışında bunu qeyd elədi. Bilirsiniz ki, Azərbaycan dövləti Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə iddia olduğuna görə onun dəyişdirilməsini tələb edir və Paşinyan çıxışında açıq şəkildə dedi ki, biz gələcəkdə Konstitusiyanı dəyişəcək. Yəni üstəlik də çıxışının sonunda ayrıca vurğuladı ki, mən burada sərt ritorikadan istifadə etmədim. Yaxşı danışıram ki, aramızdakı münasibətlərin də yaxşı nəticə verməsinə nail ola bilək. Yəni şəxsən mənə görə bir pozitiv dəyərləndiriləcək bir çıxışdır. Amma əlbəttə, bunun arxasında erməni məkri də olmamış deyil. Yəni onu da unutmamalıyıq. 
O baxımdan düşünürəm ki, Azərbaycan dövləti Ermənistanla razılaşdırılmış maddələr üzrə sülh sazişi deyil, elə məhz o razılaşdırılmış maddələrlə bağlı bir sənəd imzalamaqdan çəkinməməlidir. Yəni sülh sazişi yox. Çünki sülh sazişinə getmək üçün kompleks tədbirlər var. Kompleks məsələlər var ki, onlarla bağlı razılıq əldə edilməlidir. Həmin razılıq da qısa müddətdə əldə edilə bilməyəcək. Ona görə mən düşünürəm ki, razılaşdırılmış maddələr üzrə ortaq bir sənəd imzalamaq olar. Bunu hətta Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Ankarada eliyə bilər. Yəni bir ortaq coğrafiyamıza aid olan bir şəhərdə. Mən demirəm Moskvada, yaxud da ki, Parisdə, hardasa Avropada, elə Ankara ən yaxşısı olar. Üstəlik də nəzərə alaq ki, Nikol Paşinyan elə bu BMT səfəri çərçivəsində qardaş Türkiyənin cümhur başqanı Rəcəb Tayyib Ərdoğanla da çox pozitiv bir görüş keçirdi. Hiss olunur ki, özü də çox razı qalıb. Qardaş Türkiyə tərəfi də çox razı qalıb. Bunun işığında mən düşünürəm ki, Ankarada prezident İlham Əliyevlə, baş nazir Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə bir araya gələ bilər və orada ortaq bir sənəd imzalaya bilərlər. Sülh sazişi deyil. Dediyim kimi, sülh sazişinə hələ var, amma ortaq bir sənəd imzalaya bilərlər. Və nəhayət ki, COP29 ərəfəsində bir sənəd əldə edilər və ardından da Nikol Paşinyan Bakıya səfər edər. Yəni biz ev sahibliyi etsək də, bu, qlobal bir tədbirdir, bütün dünya dövlətlərinin rəhbərlərinə dəvət göndərilib, o cümlədən Nikol Paşinyana da. Yəni bunlar hardasa sülhü davamlı, dayanıqlı sülhü daha da yaxınlaşdıra bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
50
olaylar.az

10Mənbələr