AZ

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkında olublar

Bakı, 27 sentyabr, AZƏRTAC

27 Sentyabr - Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

YAP-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri düzülüb, qəhrəman Vətən övladlarının xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Seçilən
1
7
azertag.az

8Mənbələr