AZ

Tanınmış klubda yeni baş məşqçi

Serbiyanın “Partizan” klubunun baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, Belqrad təmsilçisinin sükanı Savo Miloşeviçə tapşırılacaq. Bu barədə Serbiya mətbuatı məlumat yayıb. Savo bu postda Aleksandr Stanoeviçi əvəzləyəcək.

Təyinatın yaxın zamanda açıqlanacağı gözlənilir.

Savo son olaraq Bosniya və Herseqovina millisini çalışdırıb.

“Partizan” Serbiya çempionatında 7 turdan sonra 11 xalla 9-cu sıradadır.

Seçilən
12
futbolpress.az

1Mənbələr