AZ

Şuşada X Vüqar Həşimov Memorialı davam edir

Şuşa şəhərində X Vüqar Həşimovun Şahmat Memorialı keçirilir.

Yubiley turnirində 8 şahmatçı iştirak edir: Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı (hamısı Azərbaycan), Nodirbek Abdusattorov (Özbəkistan), Vladislav Artemyev, Yan Nepomnyaşi (hər ikisi FİDE-dən), Riçard Rapport (Macarıstan) və Aravind Çitambaram (Hindistan) çıxış edirlər.

Sentyabrın 26-27-də şahmatçılar rapid, sentyabrın 29-da isə blits oynayacaqlar.

Sentyabrın 26-da rapid üzrə üç tur oynanılıb. Bu gün şahmatçılar rapid üzrə dörd tur oynayacaqlar.

1-ci tur

Artemyev - Süleymanlı - 0,5:0,5

Nepomnyaşi - Məmmədyarov - 0,5:0,5

Abdusattorov - Çitambaram - 1:0

Rapport - Məmmədov - 1:0

2-ci tur

Məmmədyarov - Məmmədov - 0,5:0,5

Çitambaram - Rapport - 0:1

Süleymanlı - Abdusattorov - 0,5:0,5

Nepomnyaşi - Artemyev - 1:0

3-cü tur

Artemyev - Məmmədyarov - 1:0

Abdusattorov - Nepomnyaşi - 0:1

Rapport - Süleymanlı - 0,5:0,5

Məmmədov - Çitambaram - 0:1

Xatırladaq ki, turnirin daha əvvəl qalibi Maqnus Karlsen (Norveç, 4 dəfə), Şəhriyar Məmmədyarov (2), Fabiano Karuana (ABŞ), Nodirbek Abdusattorov (Özbəkistan) və Vidit Santoş (Hindistan) olub.

3-cü turdan sonra iştirakçıların mövqeyi: Nepomnyaşi, Rapport - hərəyə 5 xal, Süleymanlı, Artemyev, Abdusattorov - hərəyə 3, Məmmədyarov, Çitambaram - hərəyə 2, Məmmədov - 1.

Almaz Həsənli

Seçilən
8
15
oxumeni.az

10Mənbələr