AZ

Maaşdan narazıdır, amma az pula da oynamağa razıdır

Fransanın “Bordo” klubuna keçən Endi Kerroll açıqlama verib.

Futbolpress.az “RMC Sport”a istinadən xəbər verir ki, ingilis hücumçu aşağı liqa klubuna keçidi haqda bunları deyib:

“Düzü, “Bordo”da oynamaq mənə baha başa gəlir. Aylıq məvacib bəs etmir, amma mən oynamaq istəyirəm və buna görə bura gəlmişəm. Futbol oynamaqdan zövq alıram. Buna görə pul mənim üçün mühüm deyildi”.

“Bordo” maliyyə problemləri üzündən iflas edib və hazırda Fransada IV divizionda mübarizə aparır.

Kerroll daha əvvəl “Liverpul”, “Vest Hem”, “Ridinq”,  “Vest Bromviç” kimi klublarda çıxış edib.

Seçilən
17
futbolpress.az

1Mənbələr