AZ

9-cu siniflərin buraxılış imtahanlarında yeni model tətbiq ediləcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi 2025-ci ildə ümumi orta (9 illik) və tamorta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarınınproqramlarını açıqlayıb.

Trend xəbərverir ki, Azərbaycan və rus dillərində aşağıdakı keçidlərdənistifadə etməklə proqramlarla tanış olmaq mümkündür.

1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar(Azərbaycan bölməsi):

2. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (rusbölməsi):

3. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar(Azərbaycan bölməsi):

4. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (rusbölməsi):

Qeyd edilib ki, əvvəlcədən məlumat verildiyi kimi, ümumi orta (9illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil(ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeniimtahan modeli tətbiq ediləcək. Yeni modelə dair tapşırıqnümunələri 2023-2024-cü illərdə nəşr olunan ümumtəhsilmüəssisələrinin 8-9-cu sinif dərsliklərinə uyğun hazırlanmış“Qiymətləndirmə tapşırıqları” kitablarında (ingilis dili fənnindən)verilib.

Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanındatədris dili və riyaziyyat fənlərindən ötənilki imtahan modelitətbiq ediləcək.

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanındaötənilki imtahan modeli (o cümlədən xarici dil fənləri üzrə) tətbiqediləcək.

Yaxın vaxtlarda ümumi orta (9 illik) və tam orta (11 illik)təhsil səviyyələri üzrə buraxılış imtahanlarının modellərinə uyğunotk.az portalı üzərindən sınaq imtahanları keçiriləcək(ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə xarici dil fənlərindənyeni model tətbiq edilməklə) və sınaq variantları kitab şəklindəçap olunacaqdır.

Cari tədris ilində 9 və 11-ci siniflərdə təhsil alanların aşağısiniflərdə keçdikləri dərsliklərlə ümumtəhsil müəssisələrindəhazırda qüvvədə olan dərsliklərin müqayisəli təhlili aparılmış, həriki dərslikdə eyni olan mövzular proqramlara daxil edilmişdir.

Hər iki təhsil səviyyəsi üzrə təqdim olunmuş proqramlar,həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsininyoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmişaltstandartlar, imtahanların modelinə uyğun tapşırıq nümunələri vəqiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusiburaxılışlarında dərc olunacaq.

Seçilən
1
48
az.trend.az

10Mənbələr