AZ

Haiti dövləti Fransadan təzminat tələb etdi: Siyasətçi çıxış zamanı çətin anlar yaşadı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Karib hövzəsi dövləti olan Haiti Fransadan təzminat tələb edir.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Haitinin Keçid Prezident Şurasının sədri Edqar Leblan Fil Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
Məlumata görə, Haiti Parisin müstəmləkəçilik siyasətinin ölkəyə vurduğu zərərin ödənilməsini istəyir.
Fil Haitini "dünyanın ilk müstəqil qaradərili ölkəsi" adlandırıb. Ölkə 1804-cü ildə Fransadan müstəqilliyini elan edib. 1825-ci ildə Haiti fransızların ölkənin müstəqilliyini tanıması üçün Parisə böyük məbləğdə pul ödəməli olub ki, bu da Karib hövzəsi dövlətini yoxsulluq həddinə çatdırıb. Haiti yalnız 1947-ci ildə borcunu tam olaraq ödəyib. Edqar Leblan Fil bunun fəsadlarının hələ də hiss olunduğunu qeyd edib.
Qeyd edək ki, ekspertlərin hesablamalarına görə, ödənilən ümumi məbləğ 21 milyard dollar təşkil edib. Port-o-Prensdə inflyasiya nəzərə alınmaqla, kompensasiya 150-200 milyard dollar həcmində qiymətləndirilir. Haiti səlahiyyətliləri müxtəlif beynəlxalq forumlarda bu təzminat mövzusunu daim qaldırırlar.
"Bu borc haitililərin köləlik buxovlarından xilas olduqları cəsarət üçün bir cəza növü oldu. Bu, ölkənin potensialını bir çox nəsillər boyu boğan ədalətsiz cəza idi", - deyə o bildirib.
"Ödədiyimiz pulları qaytarmağın vaxtı çatmayıbmı? Bununla əlaqədar ölkəmiz keçmişdə dəymiş ziyanın tanınması, ödənilməsi, habelə kompensasiyaların verilməsinə yönəlmiş konkret tədbirlər çərçivəsində bir sıra hökumətlər, eləcə də BMT-nin bəzi qurumları tərəfindən irəli sürülən təklifləri alqışlayır", - deyə siyasətçi vurğulayıb.
O əlavə edib ki, ölkə müstəmləkəçilik siyasətinin qurbanı olan ölkələrlə keçmiş müstəmləkəçi dövlətlər arasında dialoq mexanizminin yaradılması prosesində BMT-yə güvənir.
Ölkədə çətin vəziyyətlə bağlı danışan Edqar Leblan Fil su içmək üçün çıxışını yarımçıq kəsib, lakin stəkan tapmadığı üçün birbaşa su qabından içib və bu zaman suyu üzərinə töküb. Əsəbi olduğu görünən Fil daha sonra pencəyinin qolu ilə ağzını silib və bununla da çıxışını yekunlaşdırıb.
Seçilən
5
50
oxu.az

10Mənbələr