Bakıda adam bıçaqlayan Ayxan İbrahimli ilə bağlı yeni fakt məlum olub.
Bakuinfo.net Lent.az-a xəbər verir ki, Ayxan İbrahimli eks prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş, jurnalist Teylor Fətişoğlunun oğludur.
Qeyd edək ki, Teylor Fətişoğlu özü də hazırda həbsdədir.
***
Bakıda bıçaqlanma hadisəsi olub.
Hadisə gecə saatlarında Xətai rayonu Sabit Orucov küçəsində qeydə alınıb. İbrahimli Ayxan Teylor oğlu aralarında yaranan münaqişə zamanı Bilalov Əziz Cumalı oğlunun qarnına 2 ədəd bıçaq zərbəsi vurub.
Faktla bağlı cinayət işi başlanıb. Ayxan İbrahimli şübhəli şəxs qismində saxlanılıb.