AZ

UEFA Avropa Liqası: “Qarabağ” azlıqda qalan rəqibi ilə bacarmadı

"Qarabağ" UEFA Avropa Liqasında Liqa mərhələsinin ilk oyununa çıxıb.

Yenisabah.az xəbər verir ki, rəqib İngiltərənin "Tottenhem" klubu olub.

Londonda keçirilən matçda meydan sahibləri qələbə qazanıb - 3:0. Matçda hesabı 12-ci dəqiqədə Brennan Conson açıb. 53-cü dəqiqədə Pap Matar Sarr hesab arasındakı fərqi iki topa çatdırıb. vakansiya

Qarşılaşmada yekun hesabı isə 69-cu dəqiqədə adını tabloya yazdıran Dominik Solanke müəyyənləşdirib.

Qeyd edək ki, görüşün 7-ci dəqiqəsində londonlular Radu Drequşinin qırmızı vərəqə almasının ardından meydanda azlıqda qalıb. 58-ci dəqiqədə isə "köhlən atlar"dan Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib.


Telegram kanalımız
Seçilən
3
11
yenisabah.az

10Mənbələr