AZ

Redmi Note 14, Note 14 Pro və Note 14 Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

     Xiaomi-nin Redmi brendi Çində Redmi Note 14 smartfon seriyasını təqdim edib. Təqdim edilmiş bu yeni seriyaya 3 model daxil olub. Redmi Note 14, Note 14 Pro və Note 14 Pro+. İlk öncə Redmi Note 14 modelinə nəzər yetirək. Redmi-nin bu yeni orta büdcəli smartfonu yastı gövdə və yastı ekran dizaynını əldə edib. Onun arxa panelində isə iPhone seriyasına xas olan arxa kamera dizaynında kamera sahəsi yerləşir. Beləliklə Redmi Note 14 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2100 nit təşkil edir və o, Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.     Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Redmi Note 14 modeli MediaTek Dimensity 7025-Ultra prosessoru vasitəsilə çalışır və 6/8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP (optik stabilizasiya, elektron stabilizasiya, 2 qat optik zoom) + 2 MP ikili arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Redmi Note 14 modeli 45 vatt gücündə sürətli şarj texnologiyalı 5110 mAh enerji tutumlu batareya ilə təchiz olunub.     İndi isə Redmi Note 14 Pro və Redmi Note 14 Pro+ modellərinə nəzər yetirək. Adi Redmi Note 14-dən fərqli olaraq Redmi Note 14 Pro modelləri kənarları əyilmiş gövdə və ekran dizaynına sahibdirlər. Hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym ölçülü OLED ekranla təchiz olunub. Sözügedən smartfonların ekranlarındakı maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir və üstəlik ekranlar Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da bu smartfonlarda birbaşa ekrana inteqrasiya edilib. Bu smartfonların gövdələri həmçinin IP66, IP68 və IP69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdirlər.     Redmi Note 14 Pro modeli MediaTek Dimensity 7300 Ultra prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Redmi Note 14 Pro+ modelinə gəldikdə isə o, Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Smartfonlar üçlü arxa kamera ilə təchiz olunub. Redmi Note 14 Pro modeli 50 MP (f/1.5 diafraqma, optik stabilizasiya) + 8 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kameraya, Redmi Note 14 Pro+ modeli isə 50 MP (f/1.6 diafraqma, optik stabilizasiya) + 8 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 50 MP (f/2.0 diafraqma, 2.5 qat optik zoom) üçlü arxa kameraya sahibdir.     Hər iki smartfonda ön kamera 20 MP-likdir. Redmi Note 14 Pro modeli özündə 45 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı, Redmi Note 14 Pro+ modeli isə özündə 90 vatt gücündə sürətli şarj texnologiyalı 6200 mAh enerji tutumlu batareyanı birləşdirir. Smartfonlar artıq Çində satışa çıxıblar. Redmi Note 14 modelinin qiyməti 171$-dan, Redmi Note 14 Pro modelinin qiyməti 199$-dan, Redmi Note 14 Pro+ modelinin qiyməti isə 270$-dan start götürür. Bu smartfonların qlobal versiyaları çox güman ki, gələn ilin əvvəlində təqdim olunacaq.

Seçilən
16
technote.az

1Mənbələr