AZ

Qualcomm artıq Snapdragon 8s Gen 4 prosessoru üzərində çalışır

     Qualcomm şirkəti Snapdragon 8 Gen 4 prosessorunu gələn ayın sonuna yaxın təqdim edəcək. Lakin buna baxmayaraq artıq indidən Snapdragon 8s Gen 4 prosessoru barəsində ilk məlumatlar ortaya çıxmağa başlayıb. Belə ki, Snapdragon 8s Gen 4 prosessoru SM8735 model nömrəsi ilə birlikdə Xiaomi-nin HyperOS proqram təminatında ortaya çıxıb. Çox güman ki, Xiaomi, Snapdragon 8s Gen 4-ə sahib smartfonlarını artıq şirkət daxilində test etməyə başlayıb.     Bir neçə müddət bundan öncə isə məlumat ortaya çıxmışdı ki, hələ təqdim edilməmiş Redmi Turbo 4 smartfonu IMEI məlumatlar bazasına əlavə edilib. Heç istisna deyil ki, bu smartfon məhz Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışsın. Bu ilin birinci yarısında təqdim edilmiş Redmi Turbo 3 və Xiaomi CIVI 4 Pro smartfonları Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışırlar. Snapdragon 8s Gen 4-ün adi Snapdragon 8 Gen 4-dən nə dərəcədə fərqlənəcəyi bilinmir. Sözügedən prosessor çox güman ki, gələn ilin birinci yarısında təqdim ediləcək.

Seçilən
15
technote.az

1Mənbələr