AZ

Təqdimata hazırlaşan OPPO K12 Plus smartfonu barəsində təfərrüatlar təqdim edilib

      OPPO şirkəti aprel ayında OPPO K12 smartfonunu təqdim etmişdi. Görünür, şirkət onun təkmilləşdirilmiş versiyasını təqdim etməyə hazırlaşır. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən söhbət, OPPO K12 Plus modelindən gedir. İnsayderin sözlərinə əsasən OPPO K12 modeli aprel ayında təqdim edilmiş adi OPPO K12-nin dizaynını və prosessorunu (Snapdragon 7 Gen 3) əldə edəcək.      Yeni smartfonun əsas fərqləndirici tərəfi isə batareyada olacaq. Belə ki, OPPO K12 Plus smartfonu 6400 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi OPPO K12 modeli 5500 mAh enerji tutumlu batareyaya sahibdir. Bununla yanaşı məlumatda qeyd edilib ki, OPPO K12 Plus 80 vatt gücündə sürətli şarj texnologiyiasının dəstəyini əldə edəcək. Qeyd etmək lazımdır ki, adi OPPO K12 smartfonu qlobal bazarda OnePlus Nord CE 4 adı ilə satılır. OPPO K12 Plus-ın isə nə zaman təqdim olunacağı və onun qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Seçilən
12
technote.az

1Mənbələr