AZ

Vivo qatlana bilən vivo X Fold 4 smartfonu üzərində çalışır

     Vivo şirkəti bu ilin mart ayında vivo X Fold 3 və X Fold 3 Pro adlı qatlana bilən smartfonlarını təqdim etmişdi. İndi isə məlum olub ki, şirkət artıq yeni qatlana bilən smartfonu üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən söhbət, vivo X Fold 4-dən gedir.     İnsayderin sözlərinə əsasən hazırlanan bu yeni qatlana bilən smartfon gələn ay təqdim ediləcək Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı insayder xəbər verib ki, vivo X Fold 4 smartfonu 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və onun gövdəsi IPX8 standartı üzrə sudan qorunacaq. Məlumata əsasən vivo-nun bu yeni qatlana bilən smartfonu 50 MP-lik əsas arxa kameraya sahib olacaq. Vivo X Fold 4 barəsində digər bir məlumat hələ yoxdur. Çox güman ki, smartfon gələn ilin birinci yarısında təqdim ediləcək.

Seçilən
18
technote.az

1Mənbələr