AZ

Vivo V40 Lite və V40 Lite 4G smartfonları təqdim edilib - QİYMƏTİ

     Vivo şirkəti dünən orta büdcəli vivo V40e smartfonunu təqdim etdi. İndi isə şirkət daha iki yeni smartfonunu təqdim edib. Söhbət, vivo V40 Lite və vivo V40 Lite 4G-dən gedir. Bu iki smartfon xarici görünüşcə bir-birinə bənzəyir. Prosessor istisna olmaqla onların digər texniki göstəriciləri də eynidir. Beləliklə hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub.     Vivo V40 Lite modeli Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini, vivo V40 Lite 4G modeli isə Snapdragon 685 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda hər iki smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə bu smartfonlar 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunublar. Vivo V40 Lite və V40 Lite 4G smartfonları artıq bəzi regionlarda satışa çıxıblar və onların qiymətləri 220$-dan start götürür

Seçilən
12
technote.az

1Mənbələr