AZ

Flora Kərimovadan 100 minlik iddia

Xalq artisti Flora Kərimova Yenisabah.az saytını və müğənni Afət Fərmanqızını məhkəməyə verib. 

Məhkəmə oktyabr ayının 23-ü, saat 14:40-da Bakı şəhəri Nərimanov Məhkəməsində hakim Nərgiz Tağıyevanın sədrliyi ilə keçiriləcək.

Xalq artisti mülki qaydada baş tutacaq məhkəmədə sayta qarşı üzr və yüksək məbləğdə (100.000 manat)  təzminat tələbi qoyub. vakansiya 2023

Yeni Sabah Media MMC-nin vəkili Asim Abbasov bildirib ki, bildirib ki, verilmiş iddia tam əsassızdır:

“Yeni Sabah Media” müsahibə xarakterli xəbəri dərc edib. Dərc olunan məlumatlarda isə hər hansı şərəf ləyaqəti alçaldan ifadələr olmayıb”. 

Qeyd edək ki, müğənni Afət Fərmanqızı bir neçə gün öncə Xalq artisti Flora Kərimovanı oktyabr ayının 7-də oğlunun keçiriləcək toy mərasiminə dəvət edib. Müğənni hətta toy mərasimində Flora Kərimovanın əllərindən öpəcəyini bildirib. O, sənətkarla küsülü qalmaq istəmədiyini dilə gətirib.

Vəkil Asim Abbasov


Telegram kanalımız
Seçilən
3
1
yenisabah.az

2Mənbələr