AZ

Rusiya Ukraynanın kritik nöqtələrini yenidən vurdu: Ölənlər və yaralananlar var

Vladimir Putinin dünənki nüvə mesajından sonra Ukraynaya hücumlar fasiləsiz olaraq davam edir.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya ordusu 78 pilotsuz təyyarə və 6 raketlə Ukraynanın müxtəlif bölgələrini atəşə tutub.
 
Hücumlarda ölən və yaralananların olduğu bildirilib.
 
Kraian rəsmiləri Rusiyanın gecə ərzində 78 pilotsuz təyyarə və 6 raketlə hücuma keçdiyini bildirib.
 
Ukraynanın daxili işlər naziri İqor Klimenkonun verdiyi açıqlamaya görə, Rusiya qüvvələrinin Odessa vilayətində həyata keçirdiyi raket hücumu nəticəsində bir nəfər ölüb.

Zaporojya şəhərində idarə olunan bombalı hücumda 1-i uşaq olmaqla 8 nəfər yaralanıb, 12 bina dağıdılıb, 18 nəfər təxliyə edilib.
 
Xerson şəhərində baş verən hücumda iki nəfər yaralanıb. Paytaxt Kiyevdə Rusiyaya məxsus pilotsuz təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər xəsarət alıb, 4 mənzil və 20 avtomobilə ziyan dəyib. Nazir Klymenko Rusiyanın Donetsk, Xarkov, Sumi və İvano-Frankovsk şəhərlərini də hədəf aldığını açıqlayıb.

İvano-Frankivsk vilayətinin qubernatoru Svitlana Onışçuk Rusiyanın kritik infrastruktura zərbə vurduğunu və şəhərin qərbindəki bəzi məntəqələrdə elektrik enerjisinin kəsildiyini bildirib.

Ukrayna ordusu hava hücumundan müdafiə sistemlərinin 66 pilotsuz uçan aparatı və 4 raketi məhv etdiyini bildirib.
 
Mikayıl
Seçilən
32
27
azxeber.com

10Mənbələr