AZ

"Qarabağ"ın rəqibi ulduz futbolçuya yeni müqavilə təklif etmədi

"Qarabağ"ın Avropa Liqasındakı bugünkü rəqibi "Tottenhem" liderini itirə bilər. Londonlular əsas heyət üzvü olan Son Xın Minə yeni müqavilə təklif etməyib.

Prosport.Az xəbər verir ki, bu barədə cənubi koreyalı futbolçu özü məlumat verib. Hücumçu cari mövsümün sonunda bitəcək anlaşmanın uzadılması üçün hər hansı müzakirə olmadığını dilə gətirib.

32 yaşlı oyunçu qışadək gözləmək, daha sonra gələcəyini müəyyənləşdirmək niyyətindədir. Düzdür, anlaşmada “+1” şərti də var. Amma Son Xın Min uzunmüddətli müqavilə istədiyindən, durumdan məmnun deyil.

Xatırladaq ki, cənubi koreyalı 9 il öncə “Bayer”dən 30 milyon avroya transfer edilmişdi.

Seçilən
9
1
prosport.az

2Mənbələr