AZ

10 gün əvvəl əməliyyat olunan azyaşlı öldü

Bir neçə gün əvvəl Bakıda boğazından əməliyyat edilən qız vəfat edib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, sentyabrın 15-i Lənkəranın Separadi kənd sakini, 2015-ci il təvəllüdlü Sevinc Elman qızı Əzimzadə Bakıda yerləşən 2 saylı Uşaq Xəstəxanasında boğaz nahiyəsindən cərrahi əməliyyat olunub. Bir gün sonra isə evə buraxılıb.

Sentyabrın 25-i saat 9 radələrində azyaşlı qanaxma səbəbi ilə rayon Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Lakin az sonra o vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
31
avtosfer.az

10Mənbələr