AZ

Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Lənkəran, Siyəzən və Xaçmaz rayonlarının inzibati ərazisindəki akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Araşdırma zamanı həmin şəxslərin Lənkəran rayon sakinləri Asif Qasımov, Musa Əhmədov, Siyəzən rayon sakini Bəxtiyar Eyvazov, Şabran rayon sakinləri Eldar Əliyev, Sehran Bəşirov və  Fizuli Quliyev olduğu müəyyən edilib. Onlardan qanunsuz ovlanmış balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb. 
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Seçilən
12
5
ekologiya.az

6Mənbələr