AZ

Lazer korreksiyası insan bədəni üçün zərərlidir? - Nazirlik rəsmisi DANIŞDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Lazer korreksiyası üsulunun bədənin reproduktiv funksiyasına təsir göstərməsinə dair məşhur mif öz təsdiqini tapmayıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində nazirliyin mütəxəssis-eksperti, oftalmoloq İmran Carullazadə açıqlayıb.
Onun sözlərinə görə, lazer korreksiyası çox mühüm ixtiradır:
"Elə hesab edin ki, eynəklər birbaşa gözlərinizə quraşdırılır. Bu, eynəkdən xilas olmaq üçün sürətli, ağrısız və ən əsası yüksəkkeyfiyyətli bir üsuldur. Təbii ki, burada məhdudiyyətlər də var".
Mütəxəssis-ekspert bildirib ki, göstəriciləriniz yüksəkdirsə, məsələn, mənfi və ya müsbət 8-9, həmçinin yaşınız 40-50-dən yuxarıdırsa və buna əlavə olaraq buynuz qişanın incəlməsi müşahidə olunursa, görmə qabiliyyətini yaxşılaşdırmaq üçün digər eyni dərəcədə effektiv cərrahi üsullara müraciət etmək daha yaxşıdır:
"Məsələn, yaxşı olar ki, göziçi linzalar qoyulsun. Bu da tez başa gələn və ağrısız bir prosedurdur, bir az lazer korreksiyasına bənzəyir", - deyə mütəxəssis qeyd edib.
Seçilən
8
50
oxu.az

10Mənbələr