AZ

I Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcək

Image

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının mətbuat üçün məlumatında deyilir. Dəfn olunacaq şəhidlərdən biri hərbçi Alıyev Vaqif Sərdar oğlu, digəri isə mülki şəxs Quliyev Mirzəli Müslət oğludur. Sentyabrın 26-sı V.Alıyev Gəncə şəhəri Şəhidlər Xiyabanında, M.Quliyev isə Xocavənd rayonu Qaradağlı kəndinin Şəhidlər Xiyabanında dəfn olunacaqlar.

Qeyd edək ki, 1966-cı ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olan Vüsal Alıyevin meyit qalıqları 1993-cü ildə itkin düşdüyü Ağdərə rayonunun Sırxavənd rayonunda, 1952-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olan Mirzəli Quliyevin meyit qalıqları isə Xocavənd-Ağdam sərhədində tapılıb.

Mətləb Salahov





Seçilən
1
4
baki-xeber.com

10Mənbələr