AZ

Duman, leysan yağış

Sentyabrın 25-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Beyləqan, Qaxda (Sarıbaş) 7 mm, Ağdamda 6 mm, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Tovuz, Şəkidə (Kişçay) 3 mm, Balakən, Şəmkir, Zaqatala, İsmayıllı, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Daşkəsəndə 2 mm-dək olub.

Lerik rayonunda, Qrız, Cəfərxan kəndlərində duman müşahidə olunub.

Seçilən
0
45
publika.az

10Mənbələr