AZ

"Dünyada yeni bir struktur islahatı tələb olunur"

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş beynəlxalq təşkilatların problemləri həll etməkdə kifayət qədər effektiv olmadığını və yeni bir dünya nizamına ehtiyac olduğunu vurğulayıb. O, rəsmi səfər üçün getdiyi Rusiyanın paytaxtı Moskvada Rusiya Diplomatiya Akademiyasında çıxış edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Dünyada yeni bir struktur islahatı tələb olunduğunu qeyd edən Kurtulmuş Birləşmiş Millətlər Təşkilatının (BMT) funksiyasızlığına diqqət çəkib: “BMT, xüsusilə Təhlükəsizlik Şurası strukturu etibarı ilə problem həlletmə qabiliyyətini itirmişdir. Bir tək dövlətin veto qoyduğu məsələdə bütün dünya ölkələri birləşsə belə, o mövzuda qərar qəbul etmək çətinləşir. Belə bir şey ola bilməz. Yəni 8 milyard insan bir tərəfdə olsa, digərləri başqa tərəfdə, qərar qəbul etmək mümkün deyil.”

Numan Kurtulmuş müharibələrin və münaqişələrin qarşısını ala biləcək, problemləri həlletmə qabiliyyətinə malik yeni bir BMT-yə ehtiyac olduğunu bildirib.

BMT üzvü olan bütün xalqların bir-birinə bərabərhüquqlu olduğunu vurğulayan TBMM sədri “Əslində hər hansı bir Avropa xalqı ilə Afrika xalqı arasında suverenlik baxımından ən kiçik fərq yoxdur. Bunu əsas götürməyən heç bir sistem artıq davamlı ola bilməz” ifadələrini işlədib.

Numan Kurtulmuş Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasında da olub, Rusiya Federal Məclisi Federasiya şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Seçilən
8
2
sia.az

3Mənbələr