AZ

ABŞ-dən bu ölkələrlə bağlı qərar: Ciddi təhlükə…

ABŞ təhlükəsizlik riskləri səbəbindən Çin və Rusiyada istehsal olunan bəzi aparat və proqram təminatının avtomobil, yük maşınları və avtobuslarda istifadəsini qadağan etməyi planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin ticarət naziri Gina Raimondo bu planların “hədəflənmiş, proaktiv” addımlar olduğunu və ABŞ-ni qorumaq məqsədi daşıdığını bildirib.

"Bu gün avtomobillər kameralar, mikrofonlar, GPS izləmə sistemləri və internetə qoşulan digər texnologiyalarla təchiz olunub. Bu məlumatlara çıxışı olan xarici düşmənin milli təhlükəsizliyimizə və bizim vətəndaşlarımız şəxsi həyatına ciddi təhlükə yarada biləcəyini başa düşmək çətin deyil".

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr