AZ

ABŞ Türkiyəyə "F-35"lərlə bağlı təklif irəli sürdü: Qarşıya hansı şərt qoyuldu?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə ilə ABŞ arasında illərdir davam edən "F-35" döyüş təyyarələrinin satışı məsələsi ilə bağlı yeni iddia ortaya atılıb.
İddiaya görə, ABŞ rəsmiləri "S-400" hava hücumundan müdafiə sisteminə dair Türkiyəyə yeni təklif təqdim edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Yunanıstanın "Kathimerini" qəzetində yazı dərc olunub.
Yazıda bildirildiyinə görə, ABŞ Türkiyəyə "F-35" döyüş təyyarəsinin satışına maneənin aradan qaldırılması üçün təklif irəli sürüb.
Təklifə əsasən, Türkiyənin yenidən "F-35" proqramına daxil edilməsi müqabilində "S-400"ləri ABŞ-yə təslim etməsi və ya İncirlik bazasında ABŞ-nin nəzarətindəki sektora təhvil verilməsi şərt qoyulub.
Qeyd edək ki, ABŞ və NATO Türkiyənin "S-400" sistemlərini almasını və istifadəsini problemli hesab edir, "S-400" hava hücumundan müdafiə sistemlərinin heç bir şəkildə NATO-nun mövcud müdafiə və radar sistemlərinə inteqrasiya oluna bilməyəcəyini bildirir.
Bu səbəbdən ABŞ 2019-cu il iyulun 17-də Türkiyəni layihə ortağı olduğu yeni nəsil "F-35" döyüş təyyarələrinin istehsal prosesindən kənarlaşdırdığını açıqlamışdı. Buna səbəb olaraq, Türkiyənin əlində olan "S-400" sisteminin "F-35"lərlə eyni mühitdə istifadə edilərsə, bu qırıcı təyyarələrə dair mühüm məlumatların Rusiya tərəfindən oğurlana biləcəyi ehtimalını göstərmişdi.
Seçilən
32
50
oxu.az

10Mənbələr