AZ

Co Bayden Yaxın Şərqdəki olaylarla bağlı xəbərdarlıq edib

ABŞ prezidenti Co Bayden İsraillə ''Hizbullah'' arasında artan gərginliyə görə narahat olduğunu ifadə edərək deyib: "Bölgədə daha böyük  müharibənin başlamasının qarşısını almaq üçün səylər göstəririk''.
Co Bayden Delaver ştatında jurnalistlərin gündəmdəki aktual mövzularla bağlı suallarını cavablandırıb.

Jurnalistin İsrail və ''Hizbullah'' arasında artan gərginliyə görə narahat olub-olmadığı ilə bağlı sualını cavablandıran Co Bayden deyib: "Bəli, narahatam. Bölgədə daha böyük müharibənin başlamaması üçün hər şeyi edirik. Bu məsələ üzərində işləyirik".

Xatırladaq ki, İsrail ordusu sentyabrın 20-də Livanın paytaxtı Beyrutun cənubuna hücum etdi, nəticədə 3-ü uşaq, 7-si də qadın olmaqla 45 nəfər həyatını itirdi.

''Hizbullah'' hücum nəticəsində yüksək rütbəli hərbi komandirlərindən biri olan İbrahim Akil də daxil olmaqla 15 üzvünün həlak olduğunu açıqlayıb.

Beynəlxalq ictimaiyyət İsrailin törətdiyi hücumlar səbəbindən regional müharibənin başlaya biləcəyi barədə xəbərdarlıq edir.

 



Seçilən
1
trt.net.tr

1Mənbələr