AZ

Antonio Quterreş İsrail ilə Hizbullah arasında artan gərginliyi qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres İsrail və ''Hizbullah'' arasında artan gərginliyin narahatlıq doğurduğunu ifadə edərək deyib: "Livanın yeni Qəzzaya çevrilməsi ehtimalı məni narahat edir".

Amerikanın CNN televiziyasına müsahibə verən  BMT-nin baş katibi Antonio Quterreş bu həftə keçiriləcək BMT Baş Assambleyasından əvvəl Yaxın Şərqdəki gərginliyi qiymətləndirib.

Antonio Quterreş qeyd edib ki, İsraillə ''Hizbullah'' arasında artan gərginlik və İsrailin Livana son hücumları narahatlıq doğurur.

“Livanın yeni Qəzzaya çevrilməsi ehtimalı məni narahat edir” deyən Antonio Quterreş həm İsraili, həm də ''Hizbullah''ı gərginliyi azaltmağa çağırıb.

Qəzzada davam edən humanitar böhrana diqqət çəkən Antonio Quterreş nə İsrailin, nə də ''Həmas''ın atəşkəsdə maraqlı olmadığını düşündüyünü bildirib.



Seçilən
3
trt.net.tr

1Mənbələr