AZ

Hakan Fidan İsrailyönlü media orqanlarının yaydığı dezinformasiyaları qiymətləndirdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailyönlü media orqanlarının yaydığı dezinformasiyalarla mübarizənin vacibliyini vurğulayıb. O, beynəlxalq hüququn Türkiyə tərəfində olduğunu qeyd edərək "Bugünkü birgə səylərimiz və fələstinlilərin müqaviməti sayəsində Fələstinin BMT Baş Assambleyasında bir yeri var" deyib.

Hakan Fidan ABŞ-ın Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Qəzza üzrə yaratdığı Təmas Qrupunun Xarici İşlər Nazirləri səviyyəsindəki toplantısında iştirak edib. O, noyabr ayından etibarən "İsrailin soyqırımını dayandırmaq" və fələstinli mülki şəxslərə qarşı davam edən hücumlarla bağlı beynəlxalq məlumatlandırmanın artırılması üçün əllərindən gələni etdiklərini bildirib.

Hakan Fidan bu həftəki görüşlərdə və ikitərəfli danışıqlarda diqqətin bu məsələyə yönəldilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda, İsrailyönlü media orqanlarının yaydığı yalan məlumatların işğalın dərinləşdirilməsi üçün istifadə edildiyini ifadə edib.



Seçilən
10
trt.net.tr

1Mənbələr