AZ

Kanadanın baş diplomatı növbəti dəfə faktları təhrif etməklə məşğuldur - XİN

Bakı. Trend:

Azərbaycan Kanadanın xarici işlər naziri Melani Jolinin“Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan”bəyanatını pisləyib.

Trend-inməlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibiAyxan Hacızadənin Kanada xarici işlər nazirinin bəyanatına dairşərhində bildirilib.

"Kanadanın xarici işlər naziri Melani Jolinin 22 sentyabrıntarixində verdiyi bəyanatı qətiyyətlə pisləyir və tamamilə rəddedirik", – şərhdə vurğulanıb.

Bildirilib ki, Kanadanın baş diplomatı "beynəlxalq hüququn normavə prinsipləri əsasında 4 il əvvəl Ermənistanla Azərbaycan arasındamünaqişənin bitdiyi regionumuzdakı reallıqlarla tanış olmaqəvəzinə, növbəti dəfə manipulyasiya və faktları təhrif etməkləməşğuldur":

"O həmçinin 2023-cü ildə Ermənistan silahlı qüvvələrininqanunsuz mövcudluğuna və onun ərazimizdə dəstək verib saxladığıseparatçı rejimə son qoyulduğu Qarabağ bölgəsi üzərindəAzərbaycanın suverenliyinin tam bərpa olunması faktından daxəbərsizdir".

Ayxan Hacızadənin sözlərinə görə, Jolinin "Qarabağ bölgəsi iləbağlı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan,separatizmi dəstəkləyən iddiaları Kanadanın xarici siyasətinin nəqədər “dahi” və “uzaqgörən” olduğunu" göstərir.

"Təəssüflər olsun ki, Kanada rəsmiləri Ermənistanın 30 ilə yaxınhərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törətdiyi etniktəmizləmə, qırğınlar və bəşəriyyətə qarşı cinayətlər barədəsusmaqla yanaşı, Azərbaycanın öz suveren ərazilərində heç bir mülkişəxsi hədəf almadan həyata keçirdiyi antiterror tədbirləri barədəerməni diasporu tərəfindən təbliğ olunan yalan rəvayətləryayırlar", – XİN-in mətbuat katibi bildirib.

Kanadalı diplomatın Qarabağdan olan "1 milyona yaxın məcburiköçkünün və Ermənistandan zorla deportasiya edilmiş şəxslərinvəziyyətinə və ayrılmaz hüquqlarına heç vaxt dəstək və maraqgöstərmədiyini" xatırladan XİN rəsmisi "regionda humanitar böhranlabağlı iddiaların Kanadanın Azərbaycana qarşı açıq qərəzlimövqeyinin göstəricisi" olduğuna diqqət çəkib:

"Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərarolması barədə moizə oxumağa mənəvi haqqı yoxdur".

"Bir daha bildiririk ki, bu cür təxribatçı və qərəzli bəyanatlarregionun beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında gələcəkinkişafı və tərəqqisinə maneədən başqa bir şey deyil", – o əlavəedib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
13
az.trend.az

10Mənbələr