AZ

Qonşu ölkədə 3-cü güclü zəlzələ oldu

İranın Şimali Xorasan əyalətində gün ərzində 3-cü zəlzələ baş verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu dəfə zəlzələ 5,2 bal gücündə olub.

Qeyd olunur ki, yeraltı təkanlar Bocnurd şəhəri yaxınlığında, yerli vaxtla saat 16:13-də, 8 km dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, bu gün səhər saatlarında İranın Şimali Xorasan əyalətinin Bocnurd şəhərində 4,7 və 4,1 bal gücündə iki zəlzələ baş vermişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
8
4
milli.az

5Mənbələr